ABŞ-ın ən sıx məskunlaşdığı və dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Kaliforniya 2028-ci ildə müstəqillik referendumuna hazırlaşır. Müstəqillik təşəbbüsü “Calexit”in lideri Markus Ruiz Evans, əyalətin ştatlardan ayrılmasını təmin etmək üçün rəsmi icazə aldıqlarını açıqlayıb.
Tramp administrasiyasına qarşı artan reaksiyalar və ştatın federal siyasətlə ziddiyyət təşkil edən dəyərləri əyalətdə separatçı hərəkatı gücləndirir. Ruiz Evans deyib ki, Trampın immiqrantlar və qadınlarla bağlı siyasəti “Calexit” hərəkatına dəstəyi artırıb.
Kaliforniyalılar arasında artan müstəqillik hərəkatı ştatın siyasətini Vaşinqtondan asılı olmayaraq təyin etmək və onun resurslarına nəzarəti əlində saxlamaq istəyir.
Kaliforniyanın müstəqillik elan etmək qərarı ABŞ-ın siyasi və iqtisadi dinamikasını əsaslı şəkildə dəyişə bilər. Əgər 2028-ci ilə qədər lazımi imzalar toplansa, “Qızıl” ştatda ittifaqdan çıxmaq üçün referendum keçirilə bilər.
TAHİR