AZ

Tramp Qrenlandiyanı alacağına əmindir: "Danimarka icazə verməsə..."

ABŞ prezidenti Donald Tramp adanın ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı Qrenlandiya hakimiyyəti ilə razılığa gələcəyinə əmin olduğunu bildirib.

Milli.Az xəbər verir ki, o, bunun ABŞ üçün lazım olmadığını, azad dünyanı qorumaq üçün vacib olduğunu vurğulayıb.

"Düşünürəm ki, biz Qrenlandiya ilə razılığa gələcəyik. Fikrimcə, biz ora gedəcəyik", deyə Tramp jurnalistlərə bildirib.

Dövlət başçısı qeyd edib ki, Danimarkanın Qrenlandiya ilə bağlı hansı iddiaları olduğunu bilmir. Onun fikrincə, krallığın hakimiyyət orqanları Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsinə icazə verməsələr, bu, çox qeyri-dost addım olacaq.

Donald Tramp 2024-cü ilin dekabrında Qrenlandiyanı almaq niyyətindən danışıb. Bu fonda Danimarka Müdafiə Nazirliyinin rəhbəri adanın müdafiəsi üçün xərcləri artırmaq planlarını açıqlayıb. Qrenlandiyanın ticarət naziri Naaia Nathanielsen adanın Vaşinqtonla razılaşmaya açıq olduğunu, lakin ABŞ-a qoşulmaq niyyətində olmadığını bildirib. 

"Financial Times"ın məlumatına görə, Tramp Danimarkanın baş naziri Mette Frederiksen ilə söhbəti zamanı Qrenlandiyaya nəzarəti ələ almağa ciddi olduğunu bildirib. (Qaynarinfo)

Milli.Az

Seçilən
17
22
milli.az

10Mənbələr