ABŞ lideri Donald Trampın Avropa İttifaqı(Aİ) liderləri ilə birbaşa danışıqlar aparmaq istəyi və onun administrasiyasının Avropa rəsmiləri ilə ünsiyyət qurmaq istəməməsi Brüssel üçün “soyuq duş”a çevrilib.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.
Məqalə müəllifləri qeyd ediblər ki, ABŞ-nin yeni prezidentinin andiçmə mərasiminə Avropa İttifaqı orqanlarının bir nəfər də olsun yüksək rütbəli nümayəndəsi dəvət olunmayıb. Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın ABŞ-nin dövlət katibi Marko Rubioya onu Aİ-yə üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşündə iştirak etməyə dəvət etməsi xahişinə məhəl qoyulmayıb.
Məqalədə deyilir: "Bu, Komissiya sədri Ursula von der Leyen və digər yüksək rütbəli Avropa Birliyi rəsmilərinin Bayden administrasiyası ilə qurduqları dostluq münasibətlərində köklü bir dəyişiklikdir".
Məqalədə vurğulanır ki, Rubio artıq Polşa, İtaliya, Litva və Latviyanın xarici işlər nazirləri ilə, Tramp isə Danimarkanın baş naziri Mette Frederiksen ilə birbaşa əlaqə saxlayıb.
Tural