AZ

Avropa İttifaqı 20 ildən artıqdır ki, dünyanın aparıcı iqtisadiyyatlarından geri qalır

Avropa İttifaqı məhsuldarlığın artımındakı xroniki boşluğa görə 20 ildən artıqdır ki, dünyanın digər aparıcı iqtisadiyyatlarından geri qalır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin mətbuat konfransında təqdim etdiyi rəqabətqabiliyyətlilik strategiyasında deyilir.

Sənəddə vurğulanır ki, Aİ çoxdankı struktur problemlərini və onun inkişafına mane olan maneələri təcili həll etməlidir.

Strategiyada deyilir: “Avropa məhsuldarlığın artımındakı davamlı boşluqlar səbəbindən iyirmi ildən artıqdır ki, digər aparıcı iqtisadiyyatlardan geri qalır”.

Seçilən
8
4
nocomment.az

10Mənbələr