AZ

"Bəzən aqressiv olmağım komandaya baha başa gəlir" - Elvin Cəfərquliyev

style='margin-bottom:10px;'>

"Bir az həyəcanlıyam. "Qarabağ"ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram. Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq. Məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizi sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah Bakıda Rumıniyanın FKSB klubu ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 

O, oyuna tam hazır olduğunu bildirib: "Hazırlığımız çox yaxşı keçib. Həm fiziki, həm də psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı oynayaram. Komandam üçün əlimdən gələni edəcəm".

E.Cəfərquliyev "Baş hakim güzəştə getməyən biridir. Bunu nəzərə almısan?" sualını belə cavablandırıb: "Hiss edirdim ki, mənə bu sual veriləcək. Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq. Turnir cədvəlində "Qarabağ" 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Seçilən
5
50
teleqraf.com

10Mənbələr