RU

Səudiyyə Ərəbistanı ABŞ arasında ticarət genişləndirilir

Şahzadə Məhəmməd bin Salman ABŞ ilə investisiya və ticarəti 600 milyard dollar artırmağa söz verib...

Yanvarın 22-də axşam saatlarında ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Poliqon xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb. Agentlik yazır ki, Trampla söhbət zamanı krallığın vəliəhd şahzadəsi dörd il ərzində ABŞ ilə investisiya və ticarəti 600 milyard dollar və bəlkə də bu məbləğdən çox artırmaq niyyətini təsdiqləyib.

Qeyd edilir ki, Məhəmməd bin Salman Əl Səud Donald Trampı ABŞ prezidenti kimi andiçmə mərasimi münasibətilə təbrik edib və Səudiyyə Ərəbistanı kralı Salmanın təbriklərini çatdırıb.

İki lider Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyin təşviqi, həmçinin terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsi istiqamətində əməkdaşlığı müzakirə ediblər.

Poliqon.info

Избранный
5
4
poliqon.info

10Источники