RU

Səudiyyə Ərəbistanı dörd il ərzində ABŞ ilə ticarətini artırmaq istəyir

Səudiyyə Ərəbistanı dörd il ərzində ABŞ ilə investisiya və ticarəti artırmağı planlaşdırır.

SPA bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığına istinadən yazır.

“Vəliəhd şahzadə krallığın növbəti dörd il ərzində ABŞ-la sərmayə və ticarəti 600 milyard dollar və bəlkə də daha çox həcmdə genişləndirmək niyyətini təsdiqləyib”, – materialda deyilir.

Bundan əlavə, tərəflər ölkələr arasında Yaxın Şərqdə təhlükəsizlik və sabitlik, həmçinin terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bundan əvvəl Səudiyyə Ərəbistanının BRİKS assosiasiyasına daxil olmaq üçün danışıqları davam etdirdiyi bildirilirdi.

DOĞRU.AZ

Избранный
7
2
dogru.az

10Источники